Basında EkoAvrasya

Azərbaycanda yeni qaz yatağının kəşfi Azərbaycanın bölgə və avropada enerji mövqelərinin güclənməsinə təsir edəcək.

Bu fikirləri Gün.Az-a Ankaradan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, “Ekoavrasiya” jurnalının baş redaktoruHikmet Eren “TOTAL” neft şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron blokunda iri qaz yatağının kəşfi ilə bağlı xəbəri şərh edərkən bildirib.

“Azərbaycanın enerji potensialı böyükdür və xüsusilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hələ təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın qaz ehtiyatı 100 illikdir. Bu, amil Azərbaycanın mövqelərinin güclənməsinə təsir edir və bundan sonra da rəsmi Bakının enerji siyasətində mövqelərinin güclənməsini dinamik şəkildə müşahidə edəcəyik” - deyə, Hikmet Eren bildirib.

Hikmet Eren eyni zamanda yeni qaz yatağının kəşfini Azərbaycanın bir daha enerji baxımından yenidən diqqət mərkəzində olacağını qeyd etdi.

“Azərbaycanda bundan sonra da yeni qaz yataqları kəşf olunacaq. Onu qeyd etməliyik ki, Azərbaycan Avropanın enerji siyasətində mühüm rola malik ölkədir və bunu avropalı analitiklər də öz fikirlərində dilə gətirirlər” - deyə, Hikmet Eren vurğuladı. 10.09.2011

Elnur Eltürk
Gün.Az